Müraciət sonu: İyul 5, 2025
İndi Müraciət Et

İş Təsviri

MyDom Daşınmaz Əmlak Agentliyi

İş barədə məlumat
MY DOM Daşınmaz Əmlak Agentliyi komandamıza qoşulacaq, sosial media platformalarında bizi təmsil edəcək yaradıcı və motivasiyalı əməkdaş axtarır!

– Şirkətin Instagram və TikTok hesablarının idarə olunması
– Günlük/haftəlik post və video kontentlərinin hazırlanması və paylaşılması
– Trendləri izləyərək kreativ və maraqlı paylaşımlar etmək
– Əmlak elanlarının təqdimatını sosial şəbəkələrdə cəlbedici formada çatdırmaq.
– Rəylərə və mesajlara operativ cavab vermək.
– Sosial media statistikalarının izlənməsi və aylıq hesabatların hazırlanması
– Foto və video çəkilişlərdə iştirak etmək (bəzən əmlak obyektlərində)

– İş rejimi: tam və ya yarımştat (razılaşma ilə)
– İş saatları: 11:00-dan – 15:00-dək (daxili razılaşmaya əsasən dəyişə bilər)
– İş yeri: Bakı, Yasamal ray. Zərgərpalan 13

Təklif edirik:
– Rəqabətə davamlı əmək haqqı başlanğıc olaraq 200Azn nəzərdə tutulur və əlavə olaraq satılan mənzillərdən faiz hissəsi əldə ediləcək.
– Şirkətimizin Sosial Mediası tanıdıldığı halda artımlar olunacaq.
– Gənc və dinamik kollektiv
– Sosial media sahəsində inkişaf etmək imkanı
– Maraqlı və yaradıcılıq tələb edən layihələrdə iştirak.

Namizədə tələblər
– Sosial media sahəsində minimum 1 il təcrübə
– Instagram, TikTok və digər platformalarda aktivlik və trendlərdən xəbərdar olmaq
– Adobe Photoshop, Canva və ya CapCut kimi proqramlarda işləmə bacarığı üstünlükdür
– Yaradıcı düşüncə və kontent yazma bacarığı
– Azərbaycan dilində sərbəst və səlis yazı qabiliyyəti
– Rus və ya İngilis dili bilikləri əlavə üstünlükdür.
– Foto/video çəkiliş və montaj sahəsində bacarıq üstünlükdür.
– Əmlak sahəsinə maraq və öyrənmək həvəsi.

Müraciət:
CV-nizi və varsa, əvvəlki gördüyünüz işlərdən (portfoliodan) nümunələri aşağıdakı e-mailə göndərin:
mydomemlak.az@gmail.com