İş Təsviri
Zarat Şirkətlər Qrupu
İş barədə məlumat
– Ticarət mərkəzinin xərclərini, stokunu və sifarişlərini düzgün idarə etmək;
– Satış hədəflərinə çatmaq üçün proseslərin optimallaşdırılmasını təmin etmək;
– Satış komandasını motivasiya edərək müştəri məmnuniyyətini artırmaq;
– Rəqib mağazalar üzrə qiymət və məhsul araşdırmaları aparmaq, rəhbərliyə təkliflər vermək;
– Müştərilərlə nəzakətli ünsiyyət və məhsul haqqında məlumatlandırmanı təmin etmək;
– Anbarın təmizliyi, vitrin səliqəsi və məhsul yoxlanışına nəzarət;
– Qaytarılacaq malların vaxtında firmalara təhvil verilməsinə nəzarət;
– Obtyektin inventarizasiyalarında iştirak və inventar məsuliyyəti;
– Sənədlərin düzgün toplanması, qorunması və baş ofisə vaxtında çatdırılması.
– İdarəetmə və təşkilati öhdəliklər;
– Maliyyə-mühasibatlıq sənədlərinin analizi bacarıqları;
– Marketinq və reklam fəaliyyətlərinin təşkili;
– Texniki təhlükəsizlik qaydalarına nəzarət;
– Hüquqi və normative sənədlərlə işləmək bacarağı;
– İnkişaf strategiyalarının hazırlanması.
Namizədə tələblər
– Komanda ilə işləmə və heyəti idarəetmə bacarığı;
– Yüksək işgüzar davranış;
– Müvafiq sahə üzrə minimum 3 il, şəbəkə tipli marketlərdə və ya tikinti materialları üzrə geniş profilli ticarət obyektlərində rəhbər iş təcrübəsi.
– Yaşayış yerinin Cəlilabad, Biləsuvar və Masallı rayonlarında olması.
– Əmək haqqı müsahibin peşəkarlığına uyğun razılaşma əsasında təyin olunacaqdır.
– İş qrafiki: 6 günlük iş rejiminə uyğun olaraq.