Baş mütəxəssis (Mühasibatlıq şöbəsi)

İyun 6, 2025
Müraciət sonu: İyul 4, 2025
İndi Müraciət Et

İş Təsviri

Mars Overseas Baku

Vəzifə öhdəlikləri:

Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartlarına uyğun uçotunun təmin edilməsi;
Aylıq və illik istehsalat nəticələrinin analizinin həyata keçirilməsi, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi
Satış əməliyyatlarına nəzarət, aylıq əməliyyatların yoxlanılması, satışa uyğun uçot üzrə hesabatların hazırlanması və onların analiz edilməsi
Aylıq əməliyyatların yoxlanılması və ay bağlanışına hazır vəziyyətə gətirilməsi.
Daxili və xarici Audit sorğularının cavablandırılması, edilmiş bütün sorğuların qeydiyyatının və cavablandırılmasının təmin edilməsi
Tələb:

Ali təhsil (Maliyyə/mühasibatlıq üzrə)
Sahə üzrə minimum 5 il iş təcrübəsi
Azərbaycan dili səlis, İngilis dili və Rus dili arzuolunandır
MS Office proqramlarında (xüsusilə Excel) və ERP sistemlərində (xüsusilə Mikro və 1C) yüksək səviyyədə işləmək bacarığı
Əlavə tələb:

Minimum ACCA F3, F7 olması üstünlükdür
Məsuliyyətli olmaq
Diqqətli olmaq
Komandada işləmə bacarığı
Analitik yönümlü olmaq
İş şərtləri:

İş qrafiki: 5 günlük iş həftəsi;
Ə/h namizədin təcrübə və biliklərinə əsasən müəyyən ediləcək
İş yeri: Bakı, Yasamal rayonu, H.Cavid pr.91
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Baş mütəxəssis – Mühasibatlıq” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.