İş Təsviri
City Park Mall
Tələblər:
Sahə üzrə minimum 2 il iş təcrübəsi;
Ali təhsil;
MS Office, AutoCAD bilikləri;
Yaradıcı və analitik düşüncə tərzi;
Araşdırma və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləriniz:
Məkana ilkin baxış keçirilməsi, yerində ölçü götürülməsi və iş həcminin təyin olunması;
Eskiz və layihələrin standartlara uyğun hazırlanması;
Tikinti ilə bağlı hüquqi sənədlərə və görülən işlərə nəzarət etmək;
Smeta üzrə göndərilən materialların uyğunluğunu yoxlamaq və qəbul etmək;
Mall daxili ola biləcək dəyişikliklərin layihələndirilməsini həyata keçirmək.
Vakansiya haqqında əlavə məlumat:
Əmək haqqı müsahibə əsasında;
İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
İş yeri: City Park Mall
Uyğun namizədlərdən mövzu hissəsində “Memar dizayner” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik.