Əmək haqqı üzrə mühasib

İyun 9, 2025
Müraciət sonu: İyul 8, 2025
İndi Müraciət Et

İş Təsviri

Green City Resort & Residence

Vəzifə öhdəlikləri

İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
Məzuniyyət haqları, xəstəlik vərəqəsi üzrə ödəmələr, mükafat və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sisteminə işlənməsi;
Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
İşçilərin əmək haqqı ilə bağlı suallarının cavablandırılması;
Əmək haqqı ilə bağlı dövlət qurumları tərəfindən tələb olunan sənədlərin hazırlanması və sualların cavablandırılması;
1C 8.3 proqram təminatında əmək haqqı modulunun qurulmasında yaxından iştirak və əmək haqları üzrə bütün əməliyyatların proqrama işlənməsi, müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
Təhtəlhesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;
Baş mühasib tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə dair tələblər

Mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;
1C 8.3 proqramının müvafiq modulunda mükəmməl işləmək bacarığı;
Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);
Yüksək səviyyədə MS Excel bilikləri;
Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilməli;
Problemləri həll etmə bacarığı olmalıdır;
PMS, ACCA, CİMA sertifikatlarının olması arzuolunandır.
İş şəraiti və təminat

Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq;
Nahar və nəqliyyat xidməti ilə təminat;
İş rejimi: 6 günlük, şənbə – qısaldılmış iş saatı.
İş yeri: Salyan şossesi, 14 km. Baş Gömrük İdarəsinin yanı.
Digər tələblər
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərlər.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.