İş Təsviri
KOLLEKTA MMC
Vəzifə öhdəlikləri:
Təşkilat daxili müqavilələri hazırlayır, onların reyestrini həyata keçirir və daim təkmilləşdirilməsini həyata keçirir;
Daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak edir;
Vəzifələrin icrası ilə bağlı təşkilata daxil olan bütün hüquqi sorğuların cavablandırılmasını təmin edir;
Təşkilatın tərəf olduğu müqavilələrin hüquqi ekspertizasını həyata keçirir və viza verir;
Təşkilat tərəfindən verilən etibarnamələrin hüquqi əsasını yoxlayaraq ümumi nəzarəti həyata keçirir;
Bütün struktur bölmələrinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasını həyata keçirir;
Təşkilatın ümumi fəaliyyətində hüquqi risklərin idarə edilməsini təmin edir;
Dövlət orqanlarına tələb olunan sənədlərin təqdim edilməsini həyata keçirir (sənədlərin yoxlanması, tərtib və təhvili);
Əməkdaşlara dövlət və icra orqanlarında, notariuslarda təşkilatın təmsil edilməsi ilə bağlı etibarnamələrin hazırlanması və verilməsini həyata keçirir;
Məhkəmədə iddia qaldırılması məqsədilə zəruri iş materiallarını toplayır, onların təhlilini aparır və məhkəməyə təqdim edir;
Məhkəmənin qətnaməsi və digər qərarları ilə razılaşmadıqda apellyasiya şikayətlərini hazırlayır və müvafiq sənədlərin aidiyyəti üzrə göndərilməsini təşkil edir.
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayır.
Tələblər:
Müvafiq sahə üzrə ali təhsil
2-3 il korporativ təcrübə
Məsuliyyətlilik, ünsiyyət qurmaq bacarığı, etibarlılıq
Detallara fikir vermək qabiliyyəti
Azərbaycan dilini mükəmməl bilmək (Rus dili və İngilis dilini bilmək üstünlükdür)
Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.
İş barədə məlumat:
Əmək haqqı: NETT 1300-1500 AZN
İş yeri: Bakı şəh, Nərimanov ray., Əhməd Rəcəbli küç.
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00
CV-lərinizi “Hüquqşünas” başlığı altında Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.