Baş mühasib

İyun 10, 2025
Müraciət sonu: İyul 9, 2025
İndi Müraciət Et

İş Təsviri

Green Plast MMC

Vəzifə öhdəlikləri

Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək
Vergi, statistika və DSMF hesabatların hazırlanması;
Malların maya dəyərinin kalkulyasının hazırlanması;
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
Hesab və elektron qaimə-fakturaların yazılması;
Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Tələblər

Təhsil: Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
İş təcrübəsi: Baş mühasib kimi satış sahəsində,istehsalat sahəsində ən azı 1-2 il iş təcrübəsi;
Yaş: 30-45
MS Office, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
1C 8.3 versiyalarını mükəmməl bilənlərə üstünlük verilir.
Məsuliyyətli və işində dəqiq;
Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
Qanunvericiliyi bilməlidir və daimi izləməlidir
Əmək haqqı – 2000 AZN.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə “Baş mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.