İş Təsviri
Nutrient
Vəzifə və öhdəliklər:
Ofis daxili sənədləşmələrin həyata keçirilməsinə nəzarət, və qeydiyatının aparılması və rəhbərliyə birbaşa təqdim olunması;
Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət;
Görüşlərin və iclasların təşkili;
E-mail və telefon zənglərinin cavablandırılması, xidməti məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara ötürülməsi;
Elektron və kağız sənədlərin qeydiyyatı, qəbulu, göndərilməsi;
Göndərilən sənədlərin qeydiyyata almaq , skan edilməsi və ünvanlarına göndərilməsini təmin etmək;
Ofis ləvazimatlarının sifarişini hazırlamaq və inventarın hərəkətini idarə etmək;
İclas otağının və cavabdeh olduğu digər iş sahələrinin iş üçün hazır vəziyyətdə saxlamaq;
Ofisə gələn qonaqları qarşılamaq, yönləndirmək, çay, kofe təklif edilməsi və verilməsi;
Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları hazırlamaq;
Namizədə qarşı tələblər:
Ali və ya orta təhsil;
Tələbə olmaması;
Səliqəli xarici görünüş, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili üstünlükdür;
Komputer bilikləri: Word, Excel, Power Point, Outlook proqramlarını mükəmməl bilməli;
Komanda da işləmə bacarığı;
Çevik və işgüzar olması;
Müəssisə üzrə kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli.
Peşəkarlıq tələbləri:
Səlis və aydın nitq, sistemli təqdimat bacarığı qabiliyyəti;
Dəqiqlik və sənədlərlə düzgün işləmə
Məsuliyyətli, dəqiq, dürüst və ünsiyyətcil olması;
Təqdimat aparmaq və idarəetmə bacarığı.
İş qrafiki və əmək haqqı:
Əmək haqqı: İş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə
İş rejimi: I-V günlər, 09:00-dan 18:00-a kimi.
İş yeri
Bakı şəhəri, Nərimanov r-nu, Nəsibə Yusifbəyli küçəsi