ELEKTRİK DİZAYNER MÜHƏNDİSİ

İyun 10, 2025
AZN800 - AZN1200
Müraciət sonu: İyul 10, 2025
İndi Müraciət Et

İş Təsviri

AZELKO MMC

İş barədə məlumat
– Müəssisəmiz elektrik paylayıcı qurğuların istehsalı,quraşdırılması və sazlanması ilə məşğul olur.
– İş vaxtı həftə içi 5 iş günü, 08:00-dan 17:30-dək
– Nahar fasiləsi 12:30-dan 13:30-dək
– Həftənin şənbə və bazar günü istirahət günüdür
– Nahar şirkət tərəfindən verilir
– Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.

Namizədə tələblər
– Mühəndis-elektrik ixtisası üzrə müvafiq ali təhsil;
– Elektrik sxemləri oxumaq və tərtib etmək bacarığı olan
– Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
– Elektrik avadanlıqların və qurğularının istismarına və iş prinsipinə dair biliklərə sahib olmaq
– Ölçmə cihazlarına dair biliklərinin olması
– Layihələrin hazırlanmasında və layihələlərdə dəyişikliklər zamanı texniki heyətdə iştirak etmək
– Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
– Sifarışçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
– AUTOCAD,EPLAN,MS Office proqramları və aktiv şəkildə mail istifadə etmə;
– Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli
– Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir
– Verilən tapşırıqları vaxtında yerinə yetirmək və işə məsuliyyətlə yanaşma
– Operativ çalısan, məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmaq
-2 il iş təcrübəsi
– Əsas iş yeri ofisdə olmaqla lazım olduqda ezamiyyətlərə getmək
– Rus və ingilis dillərini bilənlərə üstünlük verilir.

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini “fariz.aliyev@azelko.az”e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mühəndis elektrik” qeyd etmələri xahiş olunur.