Bank əməliyyatları üzrə mütəxəssis

İyun 11, 2025
Müraciət sonu: İyul 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Araz Supermarket

Araz Supermarketlər Şəbəkəsi “Bank əməliyyatları üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir!

Öhdəliklər

Yerli və xarici bank ödənişlərinin düzgün hesablar üzrə icrasını təmin etmək
Bankda icra olunan bütün növ ödənişlərin-əmək haqqı, ezamiyyə, icarə, ticari və qeyri-ticari alt sənədlər ilə uyğunluğunu yoxlamaq
Yük gömrük bəyannamələrinin bankda bağlanmasını təmin etmək və prosesi izləmək
Bank əməliyyatlarının sistemə düzgün tanıdılmasını yoxlamaq, yaranmış yanlışlığı aradan qaldırmaq
Gündəlik kassa və bank qalıqlarına nəzarət, doğruluğunu yoxlamaq
Tələblər

Ali təhsil (İqtisadiyyat/ Maliyyə/ Mühasibatlıq)
Mühasibatlıq sahəsində 2-3 il iş təcrübəsi
SAP bilikləri üstünlükdür
Komanda ilə işləmə bacarığı
Ünsiyyət bacarığı
Təminatlar

Nahar ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük iş qrafiki
Servis xidməti mövcuddur