Biznesin inkişafı İdarəsinin Müştəri əlaqələrinin idarə edilməsi şöbəsinin mütəxəssisi (reception)

Müraciət sonu: İyul 9, 2025
İndi Müraciət Et

İş Təsviri

Autolux Azerbaijan LLC

İş şəraiti:

İş qrafiki: / Bazar ertəsi – cümə 10:00 – 18:00, şənbə 10:00 – 16:00
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Ali təhsil;
İngilis dilini bilmək mütləq, rus dili arzuolunandır;
MS Office proqramlarında işləyə bilmə bacarıqları;
Operativlik, dəqiqlik və səliqə;
Komandada işləmək bacarığı, yüksək ünsiyyət qurma və dinləmə bacarıqları;
Subordinasiyaya və etik davranış qaydalarına əməl etmə bacarığı;
İŞİN TƏSVİRİ:

Daxil olan ümumi zəngləri cavablandırmaq;
Servis və satış sonrası xidmət səviyyəsinin ölçülməsi ilə bağlı müştərilərə zəng etmək;
Satışa aid daxil olan zəngləri cavablandırmaq və qeydiyyata alaraq müvafiq satış təmsilçisinə yönləndirmək;
Xidmət Mərkəzlərinə müraciət edən müştərilərin zənglərini cavablandırmaq və avtomobilin qəbulu üçün vaxt təyin edərək onların qeydiyyatını aparmaq;
Salona daxil olan müştəriləri müvafiq istiqamətlərə yönləndirmək;
Cəmiyyətə daxil olan sənədləri qəbul edib onların qeydiyyatını aparmaq;
Günlük salona daxil olan müştəri məlumatlarını (ad-soyad, mobil nömrə, e-mail ünvanı, maraqlandığı avtomobil modeli, məlumat aldığı mənbə və s.) haqqında məlumatların qeydiyyatını aparmaq.