İş Təsviri
Sos Media AZ
Məkan: Qəbələ şəhəri
Vəzifə öhdəlikləri:
Yaradıcılıq sessiyalarının keçirilməsi;
Buraxılışlar üçün ideyaların yaradılması;
Kontent planlarının hazırlanması, kontent-planına uyğun çəkiliş prosesinin planlaşdırılması;
Komandanın lazımi yerdə vaxtında olmasını və nə etməli olduqlarını bilməsini təmin etmək;
Tezis ssenarilərinin tərtib edilməsi;
Çəkiliş prosesinin yaradıcı şəkildə idarə edilməsi və təşkili (aktyor və operatorla işləmək), rekvizit seçimi, məkanın seçilməsi;
Video materialın post-produksiya prosesinə nəzarət etmək: montajçının, kanal administratorunun işi, videonun yüklənməsi prosesi;
Çəkiliş zamanı əldə edilməli olan kontent keyfiyyətinə nümunə – https://www.youtube.com/channel/UCoC47do520os_4DBMEFGg4A
Lazım olduqda digər vəzifələri yerinə yetirmək.
Tələblər:
YouTube kanalları ilə iş və ya video kontent istehsalı sahəsində təcrübə;
Video ideyaları yaratmaq üçün kreativ və bacarıqlı olmaq;
Ali və ya orta ixtisas təhsili;
Müvafiq vəzifədə ən azı 3 il iş təcrübəsi (kinematografiya, video çarxlar);
Azərbaycan və rus dillərini bilmək;
Güclü təşkilatçılıq bacarıqları, layihə idarəetmə və problemlərin həlli bacarıqları, çox işləri eyni anda görə bilmək qabiliyyəti;
Stressə davamlılıq, məsuliyyətlilik;
Operativ işləmək bacarığı;
Mehriban və peşəkar davranış.
Digər:
İş qrafiki: 5\7
Əmək haqqı müsahibə əsnasında təyin edilir;
Qəbələdə yaşayış yeri, nahar və çəkiliş məkanına çatdırılma təmin olunur;
Məşhur kanallarımızdan nümunəyə baxa bilərsiniz:
Wilderness Cooking – https://www.youtube.com/c/WILDERNESSCOOKING
Kanan Badalov – https://www.youtube.com/c/KananBadalovChannel/videos
Necə müraciət etməli:
Tələblərə uyğun namizədlər mövzu hissəsində “Prodüser” qeyd edərək, CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.