Ümumi şöbənin kiçik mütəxəssisi

Müraciət sonu: İyul 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Compulsory Insurance Bureau

İş yeri: İcbari Sığorta Bürosu

İş yeri: Bakı.

Əsas vəzifə öhdəlikləri:

KİİB mütəxəssisi bölmə müdirinin nəzarəti altında vətəndaşlardan daxil olan yazılı və şifahi müraciətlərə baxılmasını, müraciətlərlə əlaqəli sorğuların göndərilməsini və araşdırmanın nəticəsinə uyğun olaraq cavabların hazırlanaraq göndərilməsini təmin edir;
Büroda sənədlərin arxivləşdirilməsi üçün hazırlanmasını həyata keçirir;
Müraciət portalına daxil olan sorğuların qəbul olunması, müvafiq qaydada bölmə müdirinə sorğularla əlaqədar məlumat verilməsi, onlara cavab hazırlanaraq göndərilməsini və icra barədə bölmə müdirinə məlumatın verilməsini təmin edir;
Vətəndaşların Büronun inzibati binasında qəbulunu tənzimləyir;
Bölmə müdirinin tapşırığı ilə fəaliyyət istiqamətləri üzrə digər işlərin həyata keçirilməsini təmin edir;
Namizədə tələblər:

Ali təhsil;
Dil bilikləri: Azərbaycan dili (səlis)
Kompüter bilikləri: MS Excel, MS Word (əla);