İş Təsviri
Ensol
Vəzifə öhdəlikləri:
Layihələrin və təsnifat cədvəllərinin yoxlanılması ;
Texniki şərtnamələrin hazırlanmasında iştirak etmək;
Əlaqəli hesabatların hazırlanması;
Elektrik sistemlərinin layihəyə uyğun qurulmasına və icrasına nəzarət etmək;
Elektrik avadanlıqlarının və materiallarının keyfiyyətini yoxlamaq və düzgün istifadəsini təmin etmək;
Podratçılar və elektrik heyətinin iş prosesini idarə etmək və nəzarətdə saxlamaq;
Tikinti sahəsində elektrik sistemlərinə aid texniki sənədləşməni aparmaq;
Layihənin vaxtında və keyfiyyətli icrasını təmin etmək;
Elektrik şəbəkələrinin təhlükəsizlik qaydalarına uyğun qurulmasını təmin etmək.
Tələblər:
Elektrik mühəndisliyi üzrə ali təhsil;
Elektrik sistemləri üzrə ən azı 5 il iş təcrübəsi;
Elektrik normativləri və qaydaları haqqında dərin biliklər;
AutoCAD, MS Office və digər müvafiq proqramlardan istifadə bacarığı;
Əlavə məlumat:
Nahar ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
6 günlük iş qrafiki
İş yeri Zığ qəsəbəsi