Avtokar sürücüsü (Oğuz rayonu)

Müraciət sonu: İyul 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Fortis Group

Müəssisənin adı: “FORTİS GROUP” MMC

İş yeri: Oğuz rayonu

Namizədə tələblər:

Yaş həddi 25-55;
Müvafiq sürücülük vəsiqəsi və kateqoriyası ;
Müvafiq sahə üzrə iş təcrübəsi;
Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
Diqqətli və məsuliyyətli olmalı;
Əsas vəzifə öhdəlikləri:

Anbar daxilində paletlərin daşınmasını və yerdəyişimini həyata keçirmək;
Yüklərin təyinatı üzrə daşınması, boşaldılması və yerləşdirilməsini təmin etmək;
Yük maşınlarını, furqonları və digər nəqliyyat vasitələrini yükləmək-boşaltmaq, məhsulları müəyyən edilmiş yerlərə daşımaq;
Hazır məhsullar üçün konteynerləri anbar və ya maşınların yaxınlığına çatdırmaq;
Xammalı və komponentlərini saxlama anbarlarına və ya maşınlara daşımaq;
Hər hansı materialın daşınmasının sağlamlıq və təhlükəsizlik üçün riskli olub, olmamasına nəzarət etmək və zəruri ehtiyat tədbirlərini həyata keçirmək;
Materialların daşınması və saxlanması ilə əlaqədar prosedurlara dəyişikliklər barədə məlumatlı olmaq;
Materialların daşınması üzrə gündəlik planlaşdırmanı yoxlamaq və razılaşdırmaq (qəbul, yola salma və s.);
Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək, səmərəli və təhlükəsiz istifadə etmək;
İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.