İT üzrə Biznes Analitik

İyun 11, 2025
Müraciət sonu: İyul 9, 2025
İndi Müraciət Et

İş Təsviri

PROSYS LLC

İş yeri: Bakı, Azərbaycan
İş növü: Tam ştat (full-time)

Prosys MMC olaraq İT üzrə Biznes Analitik kimi komandamıza qoşulacaq peşəkar axtarırıq!

Əgər siz analitik düşüncəyə, proseslərin optimallaşdırılması üzrə biliklərə və rəqəmsal həllərlə biznesin inkişafına töhfə vermək istəyinə maliksinizsə, bu fürsəti qaçırmayın!

Sizdən nələri gözləyirik?

Analitik təfəkkürlü və detallara diqqətli olmaq;
Minimum 5 il iş təcrübəsi;
Biznes proseslərin modelləşdirilməsi və optimallaşdırılmasını bacarmaq;
Texniki tapşırıqların hazırlanması üzrə təcrübə;
Komandada işləmə bacarığı və problemlərin həllində yaradıcı yanaşma;
SQL, PL/SQL üzrə bilikləri;
Jira, Balsamiq Wireframes, MS Visio kimi alətlərlə işləmək bacarığı;
Agile və SCRUM metodologiyaları ilə tanışlıq.
Rus və İngilis dilləri bilikləri üstünlükdür
Görəcəyiniz işlər:

Müştəri tələblərinin toplanması və detallı analizi;
Biznes proseslərin təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi;
SCRUM komandasına dəqiq və anlaşıqlı tələblərin ötürülməsi;
Mövcud proqram təminatlarının ekspertizasının aparılması və inkişaf təkliflərinin hazırlanması;
Texniki tapşırıqların və funksional spesifikasiyaların hazırlanması;
Proqramçıların gördükləri işləri yoxlayıb təhvil almaq;
Proqram təminatını sınaqdan keçirmək;
Yeni funksionallığın test edilməsi və keyfiyyətə nəzarət;
Məhsulun müştərilərə təqdimatı və tətbiq dəstəyi.
Biz sizə nə təklif edirik?

Rəqabətli əmək haqqı (bilik və təcrübəyə uyğun olaraq)
Həftənin 5 günü iş rejimi (09:00 – 18:00, istirahət günləri: şənbə, bazar)
Peşəkar inkişaf və innovativ layihələrdə iştirak imkanı
Dostyana və dinamik iş mühiti
Müraciət etmək üçün:

Əgər bu imkan sizi maraqlandırırsa və kriteriyalara uyğunsunuzsa, mövzu yerində “İT üzrə Biznes Analitik” yazaraq CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Biznes proseslərin rəqəmsallaşdırılmasına töhfə vermək istəyirsiniz? O zaman komandamıza qoşulun!