İş Təsviri
Qafqaz Sahil Hotel Baku
İş barədə məlumat
– Qonağın tələblərini yüksək səviyyədə qarşılamaq üçün qonağın sifarişi zamanı ona təqdim edilmiş menyu barəsində lazımi məsləhətlər vermək:
– Qonaqları masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək;
– İçki və yemək seçməkdə qonaqlara yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək;
– Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək üçün sistemə əlavə etmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya digər tələblər barədə məlumat vermək;
– Qonaqlara hər zaman müvafiq qaydada xidmət göstərilməsini təmin etmək və onların masalarının təmizliyinə görə məsuliyyət daşımaq:
– Menyu barəsində əvvəlcədən məlumatlı olmaq və qonaqlara düzgün təqdim etmək:
– Növbənin təhvil-təslimi zamanı şöbənin prosedurlarına əməl etmək
– Məişət avadanlıqlarını qaydalara uyğun istifadə etmək və təmiz saxlamaq:
– Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək;
– Həftə içi 5 iş günü.
Namizədə tələblər
– Müvafiq iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir)
– Dil bilikləri: İngilis və rus dili bilikləri üstünlükdür.
– Səlis danışıq qabiliyyəti
– Qonaqpərvərlik və yemək xidməti protokollarını bilməsi;
– Komandada işləmək bacarığı:
– Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
– Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması
– Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olması.