Audit (Daxili Audit)

İyun 11, 2025
Müraciət sonu: İyul 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Gemza Group

Vəzifə öhdəlikləri:

İllik Audit Planı hazırlanması
Plana əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsi;
Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsində iştirak edilməsi;
Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak edilməsi;
Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi;
Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin verilməsi və təqdim olunan tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
Daxili Audit Departamentinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.
Rəhbərliyin tapşırıqlarını və xüsusi audit sorğularını yerinə yetirmək.
Bütün növ iş sənədlərinin qorunub saxlanılması.
Namizədə tələblər:

Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür;
Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları
Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
Problem həlletmə bacarığı;
Səlist və aydın danışıq qabiliyyətinin olması;
Diqqətlilik.
Təhsil: Ali (Mühasibat uçotu və audit,idarəçilik,iqtisadiyyat,maliyyə);
Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri səlis
İş təcrübəsi 3-5 il; (Mühasibatlıq, Maliyyə, Audit sahəsi üzrə)
MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);