İş Təsviri
Unilegal Consulting
İş barədə məlumat
– Şirkətin sosial media hesablarının (Facebook, Instagram, Linkedin və s.) idarə olunması və inkişaf etdirilməsi.
– Aylıq və həftəlik kontent planlarının hazırlanması və həyata keçirilməsi.
– Kreativ məzmunun (mətn, foto, video) hazırlanması
– Sosial media platformalarında istifadəçi suallarının və şərhlərinin operativ və etik cavablandırılması.
– Rəqəmsal reklam kampaniyalarının (Meta Ads, Google Ads və s.) planlaşdırılması, icrası və nəticələrinin təhlili.
– Sosial media trendlərinin izlənilməsi və uyğun strategiyaların tətbiqi.
– Aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
– İş saatları: Həftə içi 5 gün, 10:00 dan -18:00 dək
– Satışdan bonus da hesablanacaqdır.
Namizədə tələblər
– SMM sahəsində minimum 2 il iş təcrübəsi.
– Dizayn və video redaktə proqramlarında işləmə bacarığı.
– Meta Business Suite-də işləmə qabiliyyəti olması mütləqdir
– Google Ads və digər reklam platformalarında təcrübə olması üstünlükdür
– Azərbaycan dilində düzgün qrammatik yazı qabiliyyəti və şifahi ünsiyyət bacarığı mütləqdir
– Kreativ düşüncə, analitik təhlil və problem həll etmə bacarıqları.
– Komandada işləmə və təşəbbüskarlıq qabiliyyəti
– Korporativ etika qaydalarına riayət etməli
İşə qəbul yalnız göstərilən emailə göndərilən CV vasitəsilədir. Göstərilən nömrələri iş saatlarından kənar narahat etməməyiniz xahiş olunur