İdman zalı üzrə xidmətçi (təmizlik üzrə)

Müraciət sonu: İyul 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Badamdar Hotel & Residences

Əmək funksiyası:

Standart əməliyyat prosedurlarına dair təlimata riayət etmək.
Təmizliyi qoruyub saxlamaq və spa otaqlarında bütün avadanlıqlarla bağlı nöqsanlar barədə xəbər vermək.
Hər zaman mərkəzin mükəmməl təmizlik və sanitariya tələblərinə cavab verməsini təmin etmək .
Geyinmə-soyunma otaqlarının təmizliyini qoruyub saxlamaq.
Lazım olduqda, dolabları yoxlamaq və təmizlənməsini təmin etmək.
Geyinmə-soyunma otaqlarının əl-üz yuma və tualet yerlərində zəruri gigiyena ləvazimatlarını (sabun, tualet kağızı və s.) təmin etmək.
Müəyyən edilmiş qrafikə əsasən camaşırxanaya yataq ağları, alt paltarlar və s. aparılması və gətirilməsini təmin etmək.
Sauna, buxar kabinələrin təmizliyini etmək
Müəyyən edilmiş təlimatlara müvafiq olaraq hər iş gününün sonunda otaqları əsaslı yoxlamaq və prosedurlar üçün hazır vəziyyətə gətirmək.
Bütün spa ləvazimatları və gigiyena vasitələri üzrə anbar ehtiyatlarını təmin etmək.
Tələblər:

Təhsil:

Orta və ya peşə təhsil;
Bilik və Bacarıqlar:

Fiziki dözümlülük;
Problemlərin həll olunması
Vaxtın idarəolunması;
Çeviklilik və çox şahəli işlərin görülməsi
Kimyasal vasitələrin istifadə qaydalarını bilmək
Dil bilikləri:

Azərbaycan dili – sərbəst;
Rus və ya ingilis dili –arzuolunandır;
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Öhdəliklər:

SƏTƏM siyasətləri və prosedurlarından xəbərdar olmaq və bütün prosedurların təhlükəsiz və SƏTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək;
Ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək;
Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək;
Digər öhdəliklər:

Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;