İş Təsviri
BERC Group
İş barədə məlumat:
Müəssisələrin onlayn kargüzarlıq və şəxsi hesab vərəqələrinə gündəlik nəzarətin edilməsi
Müqavilə, hesab-faktura, üzləşmə aktı və digər sənədlərin hazırlanması
Elektron qaimələrin yazılması
Ölkədaxili və ölkəxarici bank köçürmələrinin həyata keçirilməsi
Elektron qaimə və idxal bəyannaməsinə əsasən anbar uçotunun aparılması
Müəssisələrin idxal və ixrac əməliyyatlarının izlənilməsi
Müəssisələrdə debitor, kreditor və avansların uçotunun aparılması
Müəssissələrlə bağlı olan əməliyyatların vaxtında və düzgün şəkildə 1C proqramına işlənilməsi.
Xidmət göstərilən müştərilərə və rəhbərə müvafiq hesabatların verilməsi
Texniki əməliyyatlar üzrə müştərilərin sorğularının cavablandırılması
Vəzifəyə dair tələblər:
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil
Analoji sahə üzrə minimum 1 il təcrübəyə malik olması; (konsaltinq təcrübəsi üstünlükdür)
Yaş: 22-35 yaş;
Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması
1C/8.3 proqramını yaxşı səviyyədə bilmək;
MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələri haqqında məlumatlı olmaq
Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes və s.) ;
Bacarıq və səriştələr
Ünsiyyətcil olmalı;
Komanda ruhlu olmalı;
Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
BERC Group MMC sizə nə vəd edir?
Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi
Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı
Rəqabət qabiliyyətli əmək haqqı
Korporativ nömrə və danışıq paketi
İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər