İnsan Resursları üzrə mütəxəssis

Müraciət sonu: İyul 11, 2025
İndi Müraciət Et

İş Təsviri

Azertexnolayn

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

ƏMAS sisteminin idarə edilməsi

Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi
İşçi məlumatlarının sistemə düzgün daxil edilməsi və mütəmadi yenilənməsi
İşçilərin vəzifə, maaş və digər əsas göstəricilərində dəyişikliklərin vaxtında sistemə daxil edilməsi
ƏMAS sistemində yaranan problemlərin həlli üçün aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılması
Sistemdə edilən yenilikləri izləmək və tətbiq etmək
İşə qəbul və işdən çıxma proseslərinin idarə edilməsi

Yeni işçilərin əmək müqavilələrinin rəsmiləşdirilməsi və ƏMAS sisteminə daxil edilməsi
İşdən çıxan işçilərin əmək müqavilələrinin sistemdə ləğv edilməsi və qanunvericiliyə uyğun sənədləşmə aparılması
İşçi qəbulu və işdən çıxma ilə bağlı ƏMAS-dan hesabatların çıxarılması və rəhbərliyə təqdim edilməsi
Sınaq müddətində olan işçilərin müqavilə müddətinin izlənilməsi və zəruri tədbirlərin görülməsi
Məzuniyyətlərin idarə edilməsi və proqramda işlənməsi

İllik məzuniyyətlərin ƏMAS sistemində qeydiyyata alınması və təsdiqlənməsi
Xəstəlik vərəqələri və ödənişli / ödənişsiz məzuniyyətlərin sistemdə düzgün qeydiyyata alınması
Ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər halların ƏMAS sistemində əks etdirilməsi
İşçilərin məzuniyyət ərizələrinin toplanması və proqramda işlənməsi
Məzuniyyətlərin qanunvericiliyə uyğun verilməsinin təmin edilməsi və müvafiq sənədlərin hazırlanması
Məzuniyyət balanslarını izləmək və işçilərə məlumat vermək
Əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi

Əmək qanunvericiliyinə əsasən ƏMAS sistemində düzgün əməliyyatların aparılması
Əmək müqavilələrinin qanunvericiliyə uyğun tərtib olunmasına və sistemdə düzgün qeydiyyata alınmasına nəzarət
Dövlət orqanları tərəfindən tələblərə uyğun sənədlərin təqdim edilməsi
Hesabatların hazırlanması və analitika

ƏMAS sistemindən işçi sayı, işə qəbul, işdən çıxma və digər göstəricilərlə bağlı hesabatların hazırlanması
HR departamenti və rəhbərlik üçün mütəmadi analitik məlumatların təqdim edilməsi
İşçi müqavilələrinin müddətinin izlənilməsi və vaxtında yenilənməsinin təmin edilməsi
HR komandası və işçilərlə əlaqə

İşçilərin ƏMAS sistemi ilə bağlı sorğularının cavablandırılması və dəstək göstərilməsi
HR komandası ilə əməkdaşlıq edərək digər HR proseslərində iştirak etmək
ƏMAS sisteminin istifadəsi ilə bağlı daxili təlimlərdə iştirak və ya təşkil etmək
TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:

ƏMAS sistemi ilə iş təcrübəsi və ya öyrənməyə hazırlıq
Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əmək münasibətləri üzrə biliklər
HR sahəsində təcrübə (işə qəbul, müqavilə idarəetməsi, sənədləşmə və s.)
Microsoft Office proqramları, xüsusilə Excel və Word üzrə biliklər
Dəqiqlik, məsuliyyətlilik və məlumatların məxfiliyinə riayət etmək
Analitik düşünmə və hesabatlarla işləmə bacarığı
İş şəraiti:

İş yeri: Sumqayıt şəhəri
İmtiyazlar: Telefon,nahar,şəhərin 3 istiqamətində servis xidməti
İş günü: həftədə 5 gün (09:00-18:00)