İş Təsviri
Qafqaz Baku City Hotel & Residences
Vəzifə təlimatı:
Mehmanxananın işıq/elektrik qurğularının ləvazimatlarının təmir və istismar edilməsi;
Mehmanxananın planlı-profilaktik təmir sisteminə və təmir işlərinin qeydiyyatı sisteminə aid bütün cari işlərin yerinə yetirilməsi;
Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin edilməsi və nəzarət etməsi;
Müəyyən edilmiş vaxt intervallarına müvafiq olaraq, elektrik avadanlıqlarına baxış keçirilməsi, cari təmir proqramının həyata keçirilməsi və yerinə yetirilməsi;
Növbəti baxış və yoxlamalar üçün müvafiq faylların qorunması, qeydiyyat cədvəllərinin aparılması və ehtiyatların saxlanılmasının təmin edilməsi;
Mehmanxananın bütün sahələrində elektrik qurğuların işlək vəziyyətdə saxlanmasına cavab vermək;
Yeni elektrik avadanlıqlarının və şəbəkələrinin quraşdırılması;
Ehtiyyat hissələrinin işləmə nəticəsində yeyilməsi, zəyifləməsi, sıradan cıxması səbəblərini müəyyən edilməsi və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
Texniki xidmət və əməliyyat spesifikasiyalrı, avadanlıqların texniki şərtlərinə uyğun olaraq elektrik avadanlıqlarının, müəssisənin elektrik şəbəkələrinin və transformatorlarının düzgün istismarını və xidmətini təmin etmək;
Elektrik cihazlarında yaranan nasazlıqları aradan qaldırılması, təmir, montaj və sazlama işlərini yerinə yetirilməsi.
Elektrik işlərinin normativ qaydalara uyğun və düzgün aparılması.
Tələblər
Təhsili/ixtisası: Elektrik sahəsində texniki təhsil;
İş təcrübəsi: Elektrik sahəsi üzrə ən azı 6 ay;
Dil biliyi: Azərbaycan dili;
Sertifikat/vəsiqə/lisenziya: müvafiq istiqamət üzrə arzuolunandır;