Xərclərə Nəzarət üzrə Mütəxəssis

İyun 12, 2025
Müraciət sonu: İyul 11, 2025
İndi Müraciət Et

İş Təsviri

AzTelco Group MMC

Əgər büdcə planlaşdırılması sahəsində güclü biliklərə, analitik düşüncə qabiliyyətinə və təcrübəyə sahibsinizsə, bu fürsəti qaçırmayın!

Vəzifə Öhdəlikləri:

Qrupa daxil olan bütün şirkətlərin xərclərini mərkəzləşdirilmiş şəkildə izləmək və konsolidasiya etmək
Büdcənin planlaşdırılması, icrası və nəzarəti prosesində iştirak etmək
Hər bir şirkət üzrə xərclərin strukturu, trendi və marjaları ilə bağlı mütəmadi təhlillər aparmaq
Planlaşdırılmış büdcədən kənara çıxmaların səbəblərini təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək
Şirkətlərarası müqayisəli xərclər təhlili (benchmarking) aparmaq;
Qrup səviyyəsində xərclərin azaldılması və resursların effektiv istifadəsi üzrə strategiyalar təklif etmək
ERP sistemində (SAP, Oracle, 1C ERP və s.) xərc məlumatlarının uyğunluğunu və düzgünlüyünü təmin etmək
Audit yoxlamalarına, daxili nəzarət prosedurlarına və risk qiymətləndirmələrinə dəstək göstərmək
Tələb Olunan Bilik və Bacarıqlar:

Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil;
Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
1C Mühasibat proqramında iş təcrübəsi;
Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı;
Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət;
Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət etmək;
Təhlil aparmaq və hesabat hazırlamaq bacarığı;
Azərbaycan və İngilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
PMS və ya ACCA sertifikatlarının mövcudluğu üstünlükdür.
Təklif edilir:

Dinamik mühitdə işləmək və inkişaf şansı
Rahat və müasir iş mühiti
Ödənişsiz nahar, korporativ nömrə təminatı
Ünvan: Bakı, Heydər Əliyev Pros. 152, Çinar Plaza