İş Təsviri
AZINTELECOM
Departament: Kommersiya/Müştərilərlə əlaqələr/Zəng mərkəzi
Vəzifə öhdəlikləri:
Daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
Gələn zənglərin və sorğuların cavablandırılması;
Şirkətin daxili qayda və prosedurlarına əməl edilməsi;
Komanda ilə əməkdaşlıq və dəstək göstərilməsi;
Məxfi məlumatların qorunması və düzgün istifadəsi;
Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
Daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğuları üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
Əlaqənin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;
Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək.
Tələb olunan bilik və bacarıqlar:
Ali təhsil;
Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
Müştərilərlə ünsiyyət qurma bacarığı;
Qeydiyyat və məlumat bazası proqramlarında işləmə təcrübəsi;
Telefon və elektron məktublarla peşəkar ünsiyyət bacarığı;
Diqqətlilik və məsuliyyətli yanaşma;
Stressli vəziyyətlərdə sakit və nəzarətli qalmaq bacarığı;
Vaxtı effektiv idarə etmək bacarığı;
Komanda ilə işləmə bacarığı;
Microsoft Office proqramları üzrə biliklər;
Azərbaycan dili və rus dili səlis (ingilis dili biliyi üstünlükdür).