İş Təsviri
AzTelco Group MMC
Əgər sən də mikrobiologiya sahəsində təcrübəyə sahibsənsə, mikrobioloji analizlərin aparılması, nəticələrin qeydiyyatı və laboratoriya keyfiyyətinə nəzarət sahəsində biliklərin varsa, bu imkan sənin üçündür!
Əsas vəzifə öhdəlikləri:
Keyfiyyət və təhlükəsizlik planına uyğun olaraq yarımfabrikat və hazır məhsullar üzərində mikrobioloji analizlərin aparılması;
Aparılan analizlərin nəticələrinin qeydiyyatının aparılması və aidiyyəti üzrə məsul şəxslərə vaxtında təqdim edilməsi;
Laboratoriyaya daxil olan nümunələrin qəbul edilməsi, müvafiq təlimatlara əsasən yönləndirilməsi və sənədləşdirilməsi;
Xammalın qəbul prosedurlarına uyğun şəkildə analizlərinin həyata keçirilməsi və qeydiyyatının aparılması;
Hər istehsal partiyası üçün keyfiyyət vəsiqələrinin hazırlanması;
Günlük uyğunsuzluqlara dair hesabatların laboratoriya müdiri və keyfiyyət mütəxəssisinə təqdim edilməsi;
Laboratoriya avadanlıqları, cihaz və alətlərin təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət edilməsi;
Kalibrasiya və doğrulama proseslərinin yerinə yetirilməsi;
Laboratoriya sahəsinin sanitar-gigiyenik təmizliyinə nəzarət və bu istiqamətdə qeydiyyatın aparılması;
Qida Təhlükəsizliyi Agentliyinin tələbləri və beynəlxalq standartlara (HACCP, ISO 9001, ISO 22000, ISO 17025) uyğun fəaliyyətlərin icrası.
Tələb olunan bilik və bacarıqlar:
Ali təhsil (mikrobiologiya, biotexnologiya və ya əlaqəli sahələr üzrə);
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
Azərbaycan dili (əla səviyyədə), əlavə dil bilikləri üstünlük sayılacaq.
ISO 17025 standartına uyğun laboratoriya avadanlıqları ilə işləmə bacarığı;
Mikrobioloji analiz metodlarının tətbiqi və nəticələrin düzgün qiymətləndirilməsi;
Analiz üçün zəruri məhlulların hazırlanması bacarığı;
MS Office proqramlarında sərbəst işləmək bacarığı.