Anbardar (Qarabağ Şuşa) Tikinti

İyun 12, 2025
AZN1200 - AZN1500/ ay
İndi Müraciət Et

İş Təsviri

Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasını təmin etmək və kompüterə daxil etmək;
Şirkətin ümumi ERP bazasında 1C proqram təminatı vasitəsi ilə anbar qalıqlarının daxil edilməsi və istifadə olunan mal-material siyahının hazırlanması;
Anbara gündəlik daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək (anbar əməliyyatlarını 1C ERP bazasına işlənilməsi (anbara daxil olma – anbardan çıxma));
Yükləri anbara qəbul edərkən, yüklərin faktiki miqdarını, eləcə də məhsulun vəziyyətini yoxlamaq;
Anbarda olan məhsulların inventarizasiyası, malların sayı və hərəkəti haqqında rəhbərliyə aylıq hesabatın təqdim olunması;
Anbardakı malların dövriyyəsinin analizi;
Anbarda keçirilən sayımlarda iştirak etmək.
Ali təhsil (bakalavr)
Ən azı 3 il iş təcrübəsi;
Azərbaycan dilini yüksək səviyyədə bilmək;
ERP; 1C 8.3; Word və Excel proqramlarını sərbəst istifadə etmək bacarığı;
Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
Analitik təhlil, operativlik və gördüyü işə cavabdehlik;
Verilən tapşırıqların düzgün yerinə yetirilməsi;
Ünsiyyət qurma və komandada işləmək bacarığı.

İş şəraiti:
İş yeri: Qarabağ Şuşa şəhəri
İş qrafiki: həftənin 6 günü
Təminatlar: telefon danışığı, nahar, qalmaq.
Əmək haqqı: 1200-1500 AZN
CV-ləri e-mail ünvanına “Şuşa Anbardar” başlığı ilə göndərməyiniz xahiş olunur.