İş Təsviri
Fairmont Baku
Əmək funksiyası:
Otelin bütün Şöbələrinin kredit və toplama proses və təlimatlarının mövcud qaydalarına müvafiq şəkildə çalışmasına görə məsul olmaq:
Qonaqlardan və ya kredit şirkətlərindən gələn bütün tələblərin tez bir zamanda (mümkünsə, həmin gün) və peşəkar bir şəkildə həyata keçirilməsini təmin etmək.
Hesabların ödənilməsi ilə bağlı araşdırmalar aparmaq və kredit əməliyyatlarının aparılmasında birbaşa rəhbərə köməklik etmək:
30 gündən yuxarı olan hesabları birbaşa rəhbərlə birgə nəzarətdən keçirmək və belə hesablar üçün şirkətin toplama proseduralrını həyata keçirmək.
Otelə son 30 (otuz) gündən 60 (altmış) günə qədərki müddətdə daxil olmuş bütün qrupları və yerli ictimai iaşə xidmətlərinin hesabatlarını hazırlanması prosesinə köməklik göstərmək.
Daxili hesabları yoxlamaq və hər şeyin otelin prosedurlarına müvafiq şəkildə olmasından əmin olmaq; ehtiyac olduqda, bu hesabların toplanma prosesində köməklik göstərmək.
Kredit və debit fəaliyyəti ilə əlaqəsi olan bütün yerli və korporativ proses və təlimatlara riayət etmək.
Təlimatlara riayət edərək, cari və vaxtı ötmüş hesabların sürətli və dəqiq şəkildə müştəri tərəfindən ödənişini təmin etmək.
Vaxtı keçmiş və toplanmamış hesbların qaydasına salınması ilə bağlı gündəlik qeydiyyat işləri aparmaq.
Qonaqlar ilə bağlı Mühasibat Kitabının Balans Hesabatlarına gündəlik şəkildə nəzarət etmək və hər hansısa çatışmamazlıqlar olduğu təqdirdə öz birbaşa rəhbərinin diqqətinə çatdırmaq.
Gündəlik kredit kart ödənişlərini izləmək. Kredit kart bank hesablarını Otelin sistemi ilə yoxlamaq.
Banka daxil olan ödənişlərin vaxtında mühasibat kitabında əks olunmasını təmin etmək.
Elektron faktura və qaimələrin yazılmasında iştirak etmək.
Müştərilərin kart hesablarına geri qaytarma ilə bağlı prosedurları həyata keçirmək.
Kredit kart ödəmələri barədə ay sonunda hesabat və üzləşmələr hazırlamaq.
Tələblər:
Mühasibat və mailiyyə sahəsində ali təhsil
Mühasibat sahəsində təcrübəsi olmaq.
Azərbaycan,İngilis səlis,Rus dili arzuolunandır
Kompyüter bilikləri: Excel, Word.
Mükəmməl ünsiyyət qabiliyyəti olmaq, ətrafdakılarla münasibət qurmağı bacarmaq.
Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər