İş Təsviri
Qala Group
Qala Group MMC – Texniki Departament üzrə Təcrübə Proqramı
Qala Group MMC-nin Texniki Departamentində təcrübə proqramına start verilir! Bu proqram tikinti sahəsində karyera qurmaq istəyən gənc mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Təcrübəçilər birbaşa Sea Breeze ərazisində yerləşən tikinti sahələrində və Bayıl, Sabah Residence kompleksində yerləşən baş ofisdə fəaliyyət göstərəcəkdir.
Proqram Detalları:
Təcrübə müddəti: 3–6 ay
Təcrübə ödənişlidir
Təcrübə sonunda performansa əsasən daimi işlə təmin olunma imkanı
Namizədə Tələblər:
İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil (Univesritet məzunu olmaq)
AutoCAD proqramında işləmə bacarığı (mütləqdir)
Layihə oxuma bacarığı
Analitik düşüncə və tez öyrənmə qabiliyyəti
Microsoft Office proqramlarında işləmə bacarığı
Dəqiqlik, məsuliyyətlilik, riyazi biliklər və məntiqi təfəkkür
Əlavə Məlumat:
Təcrübə proqramı real layihələr üzərində işləmək və peşəkar texniki komandadan öyrənmək üçün unikal bir fürsətdir. Proqram iştirakçılarına gündəlik əməliyyatlar, sahə nəzarəti, layihə oxunuşu və hesabatların hazırlanması sahəsində praktiki biliklər veriləcək.