SMM Team Lead

İyun 13, 2025
AZN1200 - AZN1500
Müraciət sonu: İyul 11, 2025
İndi Müraciət Et

İş Təsviri

Make Agency

Güclü təşkilatçılıq və strateji düşünmə qabiliyyətinə malik SMM Team Lead axtarırıq. Bizə elə bir komanda rəhbəri lazımdır ki, eyni anda bir neçə layihəni idarə edə, komanda üzvləri arasında iş bölgüsünü effektiv təşkil edə və hər mərhələdə nəticə yönümlü yanaşmanı təmin edə bilsin.

Namizəd yüksək məsuliyyət, operativ qərarvermə və detallara diqqət kimi keyfiyyətlərə malik olmalıdır.

Vəzifələr:

SMM komandasının (kontent, dizayn, reklam) idarə olunması və iş bölgüsünün təşkili
Müxtəlif müştərilər üçün sosial media üzrə strategiyaların hazırlanması və icrasına nəzarət
Kontent planlarının, vizualların və paylaşım qrafiklərinin yoxlanılması və təsdiqi
Reklam kampaniyalarının təşkili və performansının izlənməsi
Müştəri ilə birbaşa kommunikasiya, hesabatların təqdim edilməsi
Foto və video çəkilişlərin təşkili, kontentin keyfiyyətinə və uyğunluğuna nəzarət
Layihələrin gedişatına nəzarət və komanda daxili keyfiyyət standartlarının qorunması
Tələblər:

Minimum 3 il SMM sahəsində, o cümlədən ən azı 1 il rəhbər vəzifədə iş təcrübəsi
Komanda idarəçiliyi, planlaşdırma və nəticəyə nəzarət bacarığı
Yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti
Rəqəmsal hesabatlar və analitika alətləri ilə işləmə bacarığı (Meta Business Suite, Google Sheets və s.)
Operativ, məsuliyyətli və təşəbbüskar yanaşma
Azərbaycan və Rus dillərində sərbəst yazıb danışma
Təklif edirik:

Əmək haqqı: – 1200 -1500 AZN
İşrafiki: B.e – Cümə, 09:00 – 18:00
Peşəkar mühit və inkişaf üçün imkanlar
Maraqlı və dinamik layihələr üzərində işləmək fürsəti