İş Təsviri
Medco Hospital Group
Vəzifə öhdəlikləri:
Ofisin gündəlik iş fəaliyyətinin təşkil və nəzarət edilməsi;
Şirkətin sənəd mübadiləsinin təminatı: daxil olan və göndərilən sənədlərin qeydiyyatı, hesabatı, saxlanılması və arxivləşdirilməsi;
Ofisin təmizliyi və texniki təchizatının işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Ofis ləvazimatlarının və ehtiyaclarının təmin olunması;
İşçilərin ehtiyaclarına uyğun texniki və inzibati dəstəyin göstərilməsi;
Qonaqların qarşılanması və düzgün istiqamətləndirilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqlarının vaxtında və dəqiq icrası, icra vəziyyəti ilə bağlı hesabatların təqdim olunması;
Görüşlərin təşkili və təqvimin idarə olunması;
Yazışmaların aparılması (e-mail, rəsmi məktublar və s.);
Mühüm məlumatların konfidensial şəkildə saxlanılması;
Tələblər:
Ali təhsil;
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsinin olması arzuolunandır;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, ingilis və rus dilini bilməsi arzuolunandır;
MS Office proqramları ilə sərbəst işləmə bacarığı;
Yüksək təşkilatçılıq və ünsiyyət bacarıqları;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Təklif edirik:
Peşəkar və mehriban kollektiv;
Karyera inkişafı imkanı;
Stabil iş mühiti;
İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Korporativ təlimlərdə iştirak;
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küç 45, (Fizuli Residence)
İş qrafiki: 5 günlük (09:00-18:00)
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq;
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu başlığına “Ofis meneceri” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.