Lead accountant in the construction sector

İyun 13, 2025
Müraciət sonu: İyul 12, 2025
İndi Müraciət Et

İş Təsviri

Fortis Construction

Tələblər:

Müvafiq sahədə ali təhsil diplomu
Minimum 2 il tikinti sahəsində mühasib təcrübəsi olmalı;
Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını bilməli;
1C 8.3 mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EFP, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
Azərbaycan və Rus dilini bilməli,ingilis dili arzuolunandır;
Yaş həddi- 25 yaş və yuxarı
Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
Vəzifələr:

Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;
Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
Vergi və mühasibat uçotunu aparmaq;
Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
Debitor və kreditor hesablaşmaları aparmaq;
Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək;
Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin, material istifadələrinin və silinmələrin proqrama işlənməsi.
Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək.
Gündəlik və aylıq hesabatları tərtib etmək;
Əmək haqqı: Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq