İş Təsviri
S&Ko Student
SKO Student olaraq Avropa və Çin universitetlərinə tələbə göndərişində ixtisaslaşmışıq. Genişlənən komandamıza bu istiqamətlər üzrə təcrübəli və satış bacarığı olan Təhsil Məsləhətçisi axtarırıq.
Vəzifə öhdəlikləri:
Telefon zənglərinə cavab vermək və müraciət edən şəxsləri düzgün məlumatlandırmaq
Sosial şəbəkələr (Instagram, WhatsApp və s.) vasitəsilə sorğulara cavab vermək
Yalnız Avropa ölkələri və Çin üzrə təhsil proqramları barədə məlumat təqdim etmək
Müraciət edən tələbələrlə ilk əlaqəni qurmaq və onların qərarvermə prosesində aktiv iştirak etmək
Namizəddən tələblər:
Avropa ölkələri üzrə təhsil sahəsində iş təcrübəsi mütləqdir
Satış bacarığı və insanlarla effektiv ünsiyyət qurmaq qabiliyyəti
Məsuliyyətli və nəticəyönümlü yanaşma
Səlis və aydın danışıq, təqdimat bacarığı
İş şəraiti:
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq + bonus sistemi
İş qrafiki:
Həftəiçi: tam iş günü
Həftəsonu: yarım iş günü