İş Təsviri
Azersun Holding
Tələblər:
Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə);
Mühasibat, maliyyə vəya audit sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook)- Yaxşı.;
Mühasibat proqramları ilə işləmək bacarığı olması üstünlükdür;
Mühasibat uçotunun əsas prinsipləri və Auditin əsas prinsiplərini bilməli;
Yüksək analitik düşüncə və problem həll etmə qabiliyyəti;
Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
Problem həlletmə bacarığı;
Səlist və aydın danışıq qabiliyyətinin olması;
Ezamiyyətlərdə iştirak etmək imkanı.
Vəzifə öhdəlikləri:
Vaxtaşırı olaraq əsas vəsaitlərin təftişinin həyata keçirilməsi;
Müəssisələrdə əsas vəsaitlərin uçotunun aparılmasına nəzarətin həyata keçirilməsi;
Əsas vəsaitlərin təyinatı üzrə istifadə olunmasının təftişinin həyata keçirilməsi;
İstifadədən çıxarılacaq əsas vəsaitlərin müəyyən olunması;
Əsas vəsaitlər siyahısının mütəmaddi yenilənməsinin təşkil olunması;
Holdinqin müəssisələrində inventarizasiyalarda iştirak etmək;
Aşkar olunan çatışmazlıqlarla bağlı hesabatların hazırlanması.
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
Bakı şəhəri.