Kreativ Menecer (Creative Manager)

Müraciət sonu: İyul 12, 2025
İndi Müraciət Et

İş Təsviri

PJA restoranlar şəbəkəsi

Biz – dinamik inkişaf edən restoran brendləri şəbəkəsiyik və qida sənayesində unikal qastronomik konsepsiyalar yaradırıq. Şirkətimizin genişlənməsi ilə əlaqədar olaraq, dizaynerlər, SMM komandası və R&D bölməsini idarə edəcək Kreativ Menecer axtarırıq.

Tələblər:

Ali təhsil;
Marketinq, dizayn və ya brend sahəsində minimum 3 il iş təcrübəsi;
Kreativ komandaların idarə olunmasında təcrübə üstünlükdür;
Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
Qrafik dizayn proqramlarını (Adobe Creative Suite, Figma və s.) bilmək;
Rəqəmsal marketinq və SMM sahəsində təcrübə;
Qida sektoru ilə bağlı anlayışının olması üstünlükdür;
Kreativ düşüncə və strateji yanaşma qabiliyyəti;
Müxtəlif tapşırıqları icra etmə bacarığı və yüksək məsuliyyət;
Süni intellekt (AI) alətlərindən (Midjourney, DALL·E, ChatGPT, Canva və s.) istifadə bacarığı və onların yaradıcı proseslərdə tətbiqi.
Öhdəliklər:

Kreativ komandanın (dizaynerlər, SMM, R&D) idarə olunması və işlərinin koordinasiyası;
Brendlərin vizual və kontent strategiyasının hazırlanması və icrası;
Reklam materialları, brendin vizual identifikasiyası və satış nöqtələrinin dizaynını idarə etmək;
SMM komandası ilə birlikdə sosial media kampaniyalarının hazırlanması və icrası;
R&D ilə əməkdaşlıq edərək yeni məhsul və menyuların yaradılmasında iştirak;
Şirkətin məxsus brendlərin imicinin qorunmasına və inkişafına nəzarət;
Rəqiblərin təhlili, bazar araşdırmalarının aparılması və yeni tendensiyaların izlənməsi;
Reklam kampaniyalarının (YouTube, Google, Facebook, Instagram, LinkedIn) yerləşdirilməsinə nəzarət;
Süni intellekt alətlərindən istifadə edərək dizayn və kontent yaradılmasının optimallaşdırılması;
Marketinq və yaradıcı layihələrin effektiv icrasını təmin etmək.
İş şərtləri:

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
5 günlük iş həftəsi;
İş saatı: 10:00-19:00;
Rabitə xərclərinin şirkət tərəfindən ödənilməsi;
İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun həyata keçirilir.