İT MÜTƏXƏSSİSİ

İyun 16, 2025
Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Çinici

İş barədə məlumat
– İstifadəçi kompüterlərinə nəzarət və ortaya çıxan problemlərin operativ həlli;
– İT avadanlıqlarının və şəbəkənin düzgün qurulması və xidmətə yararlığının təmin edilməsi;
– Ümumi sistem və tətbiqi proqram vasitələrininin (əməliyyat sistemləri, ofis proqramları və s.) qurulması və düzgün işləməsinə nəzarət;
– Avadanlığın müəyyən olunmuş İT təhlükəsizlik standartlarına uyğun sazlanması.
– Nahar şirkət tərəfindən ödənilir
– İş saatları – həftənin 5 iş günü (08:30-dan 18:30-dək)

Namizədə tələblər
– İT sahəsi üzrə ali təhsil və ya beynəlxalq sertifikatlara sahib olmalı;
– Microsoft əməliyyat sistemlərini bilməli;
– Şəbəkə strukturunun və kompüterlərin daxili qurğularının işləmə prinsiplərini bilməli;
– Serverlərin işləmə prinsipi ilə bağlı nəzəri və praktiki biliklərə malik olması arzu olunandı;
– Kompüterlərin ehtiyatlarının alınması, periferiya qurğularının quraşdırılmasını bilməli;
– Kompüterlərin xırda təmir işlərini (hissələrinin dəyişdirilməsi) bacarmalı;
– İnformasiya texnologiyaları sahəsində ən azı 3 illik iş təcrübəsi
– Öz işində yeniliklər tətbiq etmək bacarığı
– Müvafiq xarici dil bilgilərinə malik olmalı
– İşə məsuliyyətli yanaşma, ünsiyyət qurma bacarığı
– Kompüterlərin təmiri proqramların yazılması
– Lokal şəbəkənin qurulması, şəbəkə problemlərinin tez aradan qaldırılması.