İş Təsviri
Lumegrand
Vəzifə öhdəlikləri:
Sosial şəbəkələrin idarə olunması:
Sosial şəbəkələr üçün (Instagram, Facebook, TikTok və s.) məzmun strategiyasının hazırlanması və həyata keçirilməsi.
Məzmunun yaradılması və yerləşdirilməsi (mətnlər, foto, video, storilər, reels və s.).
Vizual tərtibat üzərində işləmək: paylaşımların dizaynı, kreativlərin hazırlanması (dizaynerlə birlikdə və ya müstəqil).
Trendləri izləmək və onları brendə uyğunlaşdırmaq.
Auditoriya ilə aktiv ünsiyyət qurmaq, şərhlərə, mesajlara və zənglərə (ehtiyac olduqda) cavab vermək.
Hədəflənmiş reklamın qurulması və analiz edilməsi (arzuolunandır).
Məzmunun effektivliyini analiz etmək, hesabatlar hazırlamaq və təkmilləşdirmə təklifləri vermək.
Marketpleyslərdə satışların inkişaf etdirilməsi:
Məhsulların Wolt, Umico və digər platformalarda yerləşdirilməsi və tanıdılması.
Məhsulların satış saytımıza yerləşdirilməsi və gələn sorguların cavablandırılması
Məhsul kartlarının optimizasiyası (foto, təsvir, açar sözlər).
Rəyləri izləmək, müştərilərlə platforma daxilində işləmək.
Namizədə tələblər:
SMM sahəsində ən azı 1 il iş təcrübəsi (pərakəndə satış və e-ticarət sahəsində təcrübə üstünlükdür).
Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazı bacarığı.
Məzmun yaratmaq bacarığı: satışyönlü və cəlbedici mətnlərin yazılması, foto və video çəkilişləri aparmaq.
Qrafik dizayn proqramları ilə işləmək bacarığı (Canva, Adobe Photoshop, Figma, Adobe illustrator, Cup cut).
Sosial şəbəkələrin alqoritmləri və rəqəmsal marketinq trendləri haqqında biliklər.
Yaradıcılıq, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı.
Düzgün Targetingin qurulması (Meta Business Suite)
Biz nə təklif edirik?
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki həftənin 5 günü (bazar ertəsi-cümə) ;
İş saatı: 09.00-18.00
Əmək haqqı 800 AZN (əmək haqqı namizədlərin bilik/bacarıq/təcrübələrinə əsasən dəyişə bilər)
CV-nizi və varsa, nümunə işlərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərin. Məktubda özünüz və iş təcrübəniz haqqında qısa məlumat yazmağınız xahiş olunur.