Maliyyə və Mühasibatlıq üzrə təcrübəçi

İyun 17, 2025
Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

KM Services MMC

Maliyyə və mühasibatlıq sahəsində dərin biliklərə sahib olmaq və öyrəndiklərini tətbiq etmək istəyən gənc, çevik və enerjili gəncləri komandamıza dəvət edirik.

Tələblər:

Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat üzrə bakalavr dərəcəsi) – Diplom və qiymətlər cədvəlini CV ilə birlikdə göndərməyiniz xahiş olunur.
Kompüter bilikləri: MS Office proqramları;
Dil bilgisi: Azərbaycan dili sərbəst (İngilis dili üstünlükdür)
İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00) nahar fasiləsi (13:00-14:00)
Əmək haqqı: 500 AZN

İşin təsviri

Təchizatçı firmaların qaimələrinin əsasında ödənişlərin köçürülməsi
Xarici ödənişlərin həyata keçirilməsi və gömrük kodlarının alınması
Bank təminatları üçün banka müraciətlərin hazırlanması
ƏDV depozitdən və Bankdan ödənişlərinin icra olunması
Bank əməliyyatlarının və əmək haqqına dair bütün əməliyyatların 1C sisteminə daxil olunması
Əmək haqqlarının, xəstəlik, məzuniyyət və s. ödənişlərin hesablanması
Əmək haqqlarının hesablanması və ödənilməsinin təmin edilməsi
DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edilməsi
İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək göstərilməsi
Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması
Xərc və alış sənədlərinin proqram təminatında uçotunun aparılması
Maliyyə məlumatlarının təhlil olunması
Üzləşmə aktlarının hazırlanması
Əsas vəsait və materiallar ehtiyatları ilə bağlı əməliyyatları 1C proqram təminatında qeydiyyata alınması və mövcud əməliyyatlara nəzarət olunması
Problemli qaimələrin araşdırılması, ödənişlərin reysterde qeyd edilməsi
Hesab faktura, elektron qaimə və akt yazılaraq, qeydiyyatının aparılması
Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.