IT Menecer

İyun 17, 2025
Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Holiday Inn Baku

Əsas vəzifə öhdəlikləri:

Bütün kompüter avadanlığı təminatının istismarına rəhbərlik və nəzarət edilməsi, bütün sistemlərin işləməsinin və düzgün quraşdırılmasının təmin edilməsi, və kompüter avadanlığı təminatına xidmət göstərilməsi üzrə başlıca əlaqə rolunu oynamaq
Bütün sistemlərin lazımi texniki xidmət müqavilələri ilə təchiz edilməsinin təmin edilməsi və tələbə əsasən, profilaktik təmirin yerinə yetirilməsinin təmin edilməsi
Mehmanxananın və biznes mərkəzinin səmərəliliyinin təkmilləşdirilməsinə xidmət edə biləcək sistemlərdən və texnologiyadan davamlı olaraq xəbərdar olmaq və təkliflərdə bulunmaq
Kompüter avadanlığı təminatı sistemləri və cihazları, o cümlədən Personal Kompüter Yerli Şəbəkə texnologiyası.
Proqram təminatı əməliyyat və xidmətçi proqram sistemləri.
Front-ofis Əmlak İdarəetmə Sistemləri və digər sistemlərin əlaqələndirilməsi.
Daxili və Xarici Elektron Poçt / Faks / Skanner proqram və kommunkasiya servis proqramları.
Alqı-satqı aparılan yerdə ödənişlərin aparılması üçün terminallar sistemi.(Micros)Telefon zənglərinin qeydə alınması.Hab (şəbəkə özəyi)/ Sviç (kommutator) İdarəetmə Sistemləri.Elektron Qapı Kilidləmə Kompüter Sistemi.
Kompüterlərin virusdan qorunması.
Mehmanxana və Plazanın İT Təhlükəsizliyi və Şəbəkələrarası Müdafiə Sisteminə nəzarət
Direktor/Maliyyə və Biznesə Yardım üzrə Müdirə cari işlər haqqında aylıq yazılı hesabatın təqdim edilməsi, nüsxələri şöbə rəhbərlərinə
Bütün kompüter avadanlığı siyahısının yeniləşdirilməsi
Maksimal iş səmərəliliyinin təmin edilməsi üçün, kompüter sistem(lər)ində konfiqurasiya hesabatlarının, tapşırıq idarəetmə dillərinin, proqram fayllarının və data fayllarının idarə olunmasıfunksiyaların, alqı-satqı aparılan yerdə ödənişlərin edilməsi üçün terminallar sisteminin, və telefon zənglərinin qeydə alınması sisteminin başa düşülməsi, o cümlədən, amma bununla məhdudlaşmayan sistem təhlükəsizliyi, sistem hesabatları, administrator funksiyaları, sistem servis proqramları və istifadəçi funksiyaları
Komputer sistem(lər)i işləməyəndə, müvafiq qəza hallarında riayət ediləcək bərpa etmə proseduralarının sınaqdan keçirilməsi və tanışlıq üçün təqdim edilməsi
Texniki tələblərə əsasən, bütün kompüter informasiyalarının yaddaşa yazılmasının və ehtiyat nüsxəsinin çıxarılmasının başa çatdırılmasının, sənədləşdirilməsinin və ehtiyatda saxlanılmasının təmin edilməsi
Güzəştsiz məlumatların və fiziki müdafiə standartlarının qorunub saxlanması
Kompüter otağının açarına/kilidinə nəzarət etmək və İHG-nin təhlükəsizlik sistemində göstərildiyi kimi, kompüter otağının yanğından mühafizə, temperatura nəzarət və bəslənmə üzrə tələblərinin İHG-nin texniki təhlükəsizlik tələbinə uyğun gəlməsinin təmin edilməsi
Bütün istifadəçi adlarının, şifrələrinin və ən həssas sistem servis proqramlarının idarə edilməsi, bütün yüksək həssaslı resursların və mühüm kitabxanaların qorunması
Maliyyə və direktoru rəhbərliyi ilə, bütün arxa ofis istifadəçi adlarının, şifrələrinin, təhlükəsizlik parametrlərinin və ən həssas servis proqramlarının idarə edilməsi
Texniki sənədlərin və istifadəçi sənədlərinin, sistem hesabatlarının, informasiya bülletenlərinin və elanların səliqəli, intizamlı və təhlükəsiz qaydada qorunub saxlanılması
Fəaliyyət haqqında hesabatların, proqram pozulması haqqında hesabatların və təkmilləşdirilmiş proqramlar siyahısının başa çatdırılması və paylanması
Dövri nəşriyyata abunə olaraq və İHG-nin, kompüter şirkətlərinin və satıcılarının keçirdiyi seminarlarda, simpoziumlarda və yaxud konfranslarda iştirak edərək, mehmanxana kompüter sahəsində ən son, yeniləşdirilmiş dəyişikliklər, təkmilləşdirmə və inkişafdan xəbərdar olmaq
Sistemə yeni funksiyalar və dəyişikliklər şöbələrə təsir göstərəndə şöbə rəhbərlərinə məlumat verilməsi
Kompüter ilə əlaqəli cari məsələlər, yeni versiyalar, İİS tendensiyaları, viruslar və s. haqqında şöbə rəhbərlərinə məlumat verilməsi.
Xüsusi mehmanxana və biznes mərkəz tələbatlarının ödənilməsi üçün tətbiqi proqramların və yaxud təkmilləşdirilmiş proqramların satın alınmasının əlaqələndirilməsi, bu tətbiqi proqramlar korporativ ofisin təyin etdiyi mövcud standartlara daxil olmadığı halda.
Candidate requirements:

İnformasiya texnologiyaları sahəsi üzrə ən azı 5-7 illər iş təcrübəsi
Çeviklik
Gərgin iş rejimində işləmə bacarığı
Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri
Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meylli.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “IT Menecer” mövzusu altında Müraciət et düyməsində qey olunan elekton ünvanına göndərə bilərlər.