İş Təsviri
Saffron Group
Vəzifə öhdəlikləri:
Qonaqları gülərüz və nəzakətlə qarşılamaq və yola salmaq;
Rezervasiyaların idarə olunması və qonaqların istirahət kompleksi ərazisində yönləndirilməsi və yerləşdirilməsi;
Qonaqlara menyu və restoran haqqında məlumat vermək;
Şikayət və təklifləri dinləyərək lazımi şəxslərə yönləndirmək;
Komanda ilə sıx əməkdaşlıq etmək və yüksək xidmət standartlarını qorumaq
Əsas tələblər:
Müvafiq sahədə iş təcrübəsi;
Yaxşı ünsiyyət bacarığı və pozitiv yanaşma;
Azərbaycan dili, rus dili və ingilis dilini sərbəst bilmək;
Komanda ilə işləmə bacarığı və stresə davamlılıq.
İş yeri: Amburan Beach Club (Bilgah)
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər. Mövzu bölməsində vakansiyanın adını qeyd etmədiyiniz təqdirdə sizin tərcümeyi-halınız (CV) nəzərdən keçirilməyə bilər.