Fərdi Satış Mütəxəssisi

Müraciət sonu: İyul 17, 2025
İndi Müraciət Et

İş Təsviri

İmperial Logistics

Vəzifə təlimatı

Məhsulları, əsas bazar tendensiyalarını və müştərilərin ehtiyaclarını öyrənmək;
Şirkətin satış proseduru əsasında işləmək;
Böyük avtomobil alıcıları ilə əməkdaşlıq etmək;
Şirkət daxilində müştəri məlumat bazası CRM sisteminin yaradılması və müştərilərin diqqətini cəlb etmək;
Qısa siyahıya alınmış fərdi və korporativ müştərilərlə görüşlər təyin etmək və şifahi/yazılı ünsiyyət qurmaq;
Müştəriləri qazanmaq və müqavilələr imzalamaq üçün yüksək səviyyəli korporativ nou-hau tətbiq etmək;
Korporativ müştərilərin keçmişi və iş prinsipləri haqqında faydalı məlumatlarla Əməliyyatlar Qrupunu dəstəkləmək;
Mükəmməl müştəri təcrübəsini təmin etmək üçün gözlənilən sifarişləri və xüsusi müştərilərin sorğularını nəzərdən keçirmək;
Tələb olunarsa, satış prosesinin təkmilləşdirilməsini təklif etmək;
Hüquqi/faktura/xidmət sənədləri ilə bağlı yarana biləcək hər hansı məsələ ilə bağlı komandaya kömək etmək;
Aylıq, rüblük və illik hesabatların hazırlamaq və təqdim etmək
Tələblər

Fərdi və korporativ satış sektorunda satış və ya xidmət üzrə mütəxəssis kimi ən azı 2 il iş təcrübəsi;
Güclü ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar;
MS Office Suite-də, xüsusən MS Excel-də işləmə bacarığı;
Satış prinsipləri və müştəri xidməti təcrübələrinin dərindən başa düşülməsi;
Avtomobil satışı sahəsində təcrübə arzuolunandır
Sənədlər və müqavilələrlə işləmək bacarığı;
Azərbaycan dili səlis, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək
Şəxsi Bacarıqlar

Əla ünsiyyət bacarıqları;
Yüksək səviyyəli xidmət göstərmə zehniyyəti mütləqdir;
Zaman və məsuliyyət hissi ilə özünü motivasiya edən;
Öyrənmək üçün güclü həvəs;
İnsanlarla işləməyi sevən pozitiv komanda yoldaşı
İş Şərtləri

Yer: Bakı şəhəri;
Sektor: Ölkədən Ölkəyə Konteynerlərin Beynəlxalq Logistikası;
Əmək haqqı + bonus (müsahibə zamanı təyin ediləcək);
İş Günləri: Bazar ertəsi-cümə günü, 5 günlük iş həftəsi;
Biz Nə Təklif Edirik

Rəqabətli əmək haqqı və satışa əsaslanan bonuslar
Karyera yüksəlişi və peşəkar inkişaf imkanları;
Gülərüz və enerjili komanda ilə birlikdə əlverişli iş mühiti
Müraciət qaydası:

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Fərdi Satış Mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.