Metallurq

İyun 18, 2025
Müraciət sonu: İyul 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Daşkəsən Dəmir Filiz MMC

Vəzifə öhdəlikləri:

Mineral proseslərin günlük və həftəlik fəaliyyətini göstərən hesabatları hazırlamaq və birbaşa rəhbərə təqdim etmək;
Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;
Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarət etmək və hesabatların hazırlanmasında birbaşa iştirak etmək
Daxili və xarici laboratoriyalarda aparılan metallurji sınaqların hesabatlılığını təşkil etmək;
Aparılan sınaqların standart və prosedurlara uyğunluğuna nəzarət etmək;
Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun olan digər göstəriş və tapşırıqlarını birbaşa rəhbərini məlumatlandırmaqla vaxtında və tam icra etmək
Namizədə tələblər:

Metallurgiya mühəndisliyi ixtisası üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
Əla səviyyədə Azərbaycan dili və ingilis dili biliyi,yaxşı səviyyədə rus dili biliyi;
MS Office proqramları üzrə biliklər;
Digər məlumatlar:

İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küç 73
Ezamiyyə imkanları
5 günlük iş rejimi (bazar ertəsi – cümə)
İş vaxtı: 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Metallurq” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.