İş Təsviri
Global EFC
Namizədə tələblər
Yaş: 20 – 55
Cinsi: Bəy və Xanım
Təhsil: Natamam Ali
İş təcrübəsi: Sığorta sahəsi üzrə təcrübə arzu olunandır
Ünsiyyət bacarığı, stresə dözümlülük, komandada işləmək bacarığı,
Əsas vəzifə öhdəlikləri:
Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək, şirkətlə əməkdaşlığa dəvət etmək
Müştərilərin istəyinə əsasən uyğun sığorta məhsullarını təklif etmək;
Sığorta məhsulları və qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
Müştərinin ilk müraciət anından onunla işləmək: qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək.
Korporativ görüşlər təyin etmək
Şirkət tərəfindən korporativ görüşlərdə avtomobil ilə təmin olunur.
İş şərtləri
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
İş vaxtı: I-IV günlər 09:30 – 17:30, V gün 09:30 -17:00
Biz sizə nə təklif edirik?
Karyera və inkişaf üçün əla fürsətlər
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
İşlə təmin olunma imkanı
Satışların həcminə əsasən artan gəlir
Uyğun olan şəxslərdən CV’lərini mövzu yerinə Korporativ müştəri meneceri qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur