İş Təsviri
Prime Cotton
Təsvir
İllik təlim planın və büdcəsinin hazırlanmasında iştirak;
İllik təlim planın icrasının izlənilməsi;
Təlim planına əsasən sorğuların rüblük olaraq 1C üzərindən Təchizat şöbəsinə göndərilməsi;
Kənar vendorlarla təlimlərin təşkil edilməsi;
Əməkdaşların təlimlərdə iştirakının təşkil edilməsi;
Təlim planında daxili təlimlərin offline və ya online formada təşkil edilməsi;
Təlimlərin təşkili və effektivliyinin Kirkpatrick modelinə əsasən qiymətləndirilməsini təmin etmək;
Daxili təlimlərdən sonra imtahanların təşkil edilməsi;
Reaksiya, öyrənmə və davranış hesabatlarının hazırlanması və izlənilməsi;
Təşkil edilmiş təlimlərin məlumatlarının təlim hesabatına daxil edilməsi;
Daxili təlimçi bazasının mütəmadi təkmilləşdirilməsi üçün təkliflər hazırlayıb təqdim etmək;
Daxili təlimçilərlə işləyərək daxili təlimlərin inkişaf etdirilməsi;
Daxili təlimlərin proqram və materiallarının daxili təlimçilər tərəfindən hazırlanmasını təşkil etmək;
Təlim və inkişaf qaydalarının yenilənməsində iştirak etmək;
Təlim prosesi zamanı təlim və inkişaf qaydalarına ciddi riayət etmək.
Əlavə məlumat:
Əmək haqqı razılaşma əsasında;
Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Tələblər
İR şöbəsinin fəaliyət istiqamətləri və funksiyaları haqqında ümumi biliklər;
Rəqəmsal öyrənmə (e-learning) üzrə biliklər;
ADDİE İnstructional design modeli haqqında nəzəri biliklər;
Heyətin öyrədilməsi metodologiyasına dair bilklər;
Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır;
Müvafiq sahədə ən az 2-3 il iş təcrübəsi
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmə bacarığı;
Komanda ilə işləmək bacarığı;
Həllyönümlü olmaq;
Təşəbbüskarlıq;
Kreativlik;
Diqqətlilik;
Məsuliyyətli olmaq;
Dəqiqlik və səliqəlilik.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.