İş Təsviri
Azin Technology
İş şəraiti
İş yeri: Azin Technology
İş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
1C Mühasibat proqramında gündəlik mühasibat əməliyyatlarının aparılması
Mal-materialların, əsas vəsaitlərin və digər aktivlərin uçotunun aparılması
Kassa və bank əməliyyatlarının daxil edilməsi
Əmək haqqının hesablanması və aidiyyəti hesabatların tərtibi
Vergi və sosial ödənişlərin hesablanması, DSMF, Statistika və digər dövlət orqanlarına hesabatların hazırlanması
Ay sonu bağlanış əməliyyatlarının icrası
Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələblər:
Yaş həddi: 22 – 35 yaş
Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat sahəsində)
1C Mühasibat proqramında ən azı 1-2 il iş təcrübəsi (xüsusilə 1C:8.3)
Vergi və əmək qanunvericiliyi üzrə biliklər
MS Excel və digər ofis proqramlarında işləmə bacarığı
Diqqətli, analitik düşüncəli və məsuliyyətli olmaq
Komandada işləmə bacarığı
Rus dilini bilmək üstünlükdür.
Müraciət qaydası:
CV-lərinizi “Mövzu” hissəsində “1C mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: