İş Təsviri
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
İşin təsviri
Fəaliyyət planı və strateji hədəflərə uyğun olaraq dövri və illik büdcə hesabatlarının optimallaşdırılması və konsolidasiyası
Qısamüddətli və uzunmüddətli maliyyə proqnozlarının hazırlanmasında iştirak
Aylıq, rüblük, illik büdcə və faktiki göstəricilərin qarşılıqlı təhlili;
Maliyyə hesabatlarının yerli və beynəlxalq standartlar əsasında hazırlanması;
Maliyyə və iqtisadi göstəricilər əsasında fəaliyyət nəticələrinin analizi
Büdcə və hesabatlılıq ilə əlaqədar yarana bilən bu və ya digər təhlilərin aparılması, müvafiq arayışların hazırlanması.
Vizuallaşdırılmış idarəetmə hesabatlarının hazırlanması
Tələblər
Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (xüsusilə MS Excel , PowerPoint)
Maliyyə-Mühasibatlıq, Audit, İqtisadiyyat, Biznesin təşkil edilməsi, Menecment üzrə bakalavr təhsili;
Maliyyə, Hesabatlılıq, Büdcələmə, Audit sahələrində müvafiq olaraq 1-2 / 3-5 il iş təcrübəsi;
IFRS sertifikatlarının olması (F3, F7, F8) , Modelləşmə sertifikatının (FMVA) olması arzu olunandır;
Data təhlili üzrə təcrübə (SQL, Python və s.-də) olması üstünlükdür
Güclü analitik bacarığı, effektiv kommunikasiya və təqdimat bacarıqları
Vakansiyaya müraciət üçün mövzu yerinə “Büdcələmə və hesabatlılıq üzrə mütəxəssis/baş mütəxəssis” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız vakansiyanının tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.