Daxili audit üzrə təcrübəçi

İyun 19, 2025
Müraciət sonu: İyul 18, 2025
İndi Müraciət Et

İş Təsviri

Universal PRO

Vəzifə Öhdəlikləri:

Hazırlanmış illik audit planına uyğun olaraq yoxlamalarda iştirak etmək və hesabatların hazırlanmasına dəstək vermək;
Şirkət daxili prosedurların öyrənilməsi və bu prosedurlara uyğunluğun yoxlanılmasında iştirak etmək;
Yoxlamalar zamanı risklərin müəyyən edilməsi və qiymətləndirilməsində iştirak etmək, daha effektiv nəzarət üçün tövsiyələrin hazırlanmasına dəstək göstərmək;
Daxili nəzarət prosedurlarına riayət olunmasına nəzarət etmək, gündəlik və həftəlik nəzarət proseslərinə dəstək vermək;
Şirkətin daxili nəzarət sisteminin gücləndirilməsi və effektivliyinin artırılmasına dəstək olmaq;
Audit rəhbərliyi tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:

Ali təhsil (Maliyyə, Mühasibat, Audit və ya digər əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi);
İş təcrübəsi tələb olunmur, lakin 0-1 il təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
Maliyyə sahəsində baza biliklərinin olması;
Beynəlxalq peşəkar sertifikatlara (ACCA, CIA və s.) malik olmaq üstünlükdür;
Microsoft Office proqramları üzrə yaxşı biliklər;
1C 8.3 proqramında işləmə bacarığı üstünlükdür;
Risk yönümlü düşünmə, məlumatlarla işləmə bacarığı, güclü kommunikasiya və yazı qabiliyyəti;
İngilis və Rus dili bilikləri üstünlük hesab olunur.
Qeyd:

İşə qəbul prosesi 3 mərhələdən ibarətdir:

İlkin mərhələ – yazılı imtahan
İkinci mərhələ – müsahibə
Üçüncü mərhələ – yekun müsahibə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Daxili audit üzrə təcrübəçi” qeyd etməklə göndərmələri xahiş olunur.