İş Təsviri
Main Freight Logistics
Beynəlxalq nəqliyyat-logistika şirkətinə iş təcrübəsi olan namizəd tələb olunur.
Namizədin vəzifələri:
Şirkətə daxil olan yükdaşıma sorğularını cavablandıraraq sürücülərin tapılması;
Daşımaların təşkili, marşrutlaşdırma, ekspedisiya işləri və s.;
Yüklərin hərəkətinin bütün daşınma prosesi ərzində nəzarət və monitorinqi;
Sənədlərlə işləmək bacarığı;
Görülən işlərin məlumat bazasına daxil edilməsi.
Namizədə tələblər:
Ali təhsil, düzgün şifahi və yazılı nitq;
Yaş: 25-35 yaş aralığında;
Öyrənmək və inkişaf etmək istəyi;
Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Stressə davamlılıq, məsuliyyətlilik, ünsiyyətcilik, diqqətlilik, təşəbbüskarlıq, çalışqanlıq.
İş şərtləri:
Əmək haqqı: Əmək haqqı və bonuslar müsahibənin nəticələrinə əsasən müəyyən olunacaq.
İş qrafiki: 5 günlük iş həftəsi, saat 10:00-dan 18:00-dək.
İş yeri: Bakı şəhəri, Nəriman Nərimanov prospekti.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.