İş Təsviri
NewCond
Vəzifə öhdəlikləri:
Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
Qiymət strategiyasının işlənib hazırlanması;
Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi, ;
Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
Namizədə olan tələblər:
Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya maqistr təhsilinin olması;
Marketinq marketinq menecer vəzifəsində isə azı minimum 2 il iş təcrübəsinin olması;
Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
İş şəraiti:
İş günləri: həftədə 5 gün.
Yaş həddi: 27-40
Əməkhaqqı: 1500-3000 azn
CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına “Marketinq şöbəsinin rəhbəri” başlığı ilə göndərməyiniz xahiş olunur.