İş Təsviri
Golden Pay
Vakansiyanın tələbləri:
Təhsil: Ali (Kompüter mühəndisliyi və ya elektronika);
İş təcrübəsi: müvafiq sahə üzrə 2-3 il;
Azərbaycan dili: səlis (yazı və danışıq), Rus və İngilis dili bilikləri üstünlükdür;
MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
Analitik təhlil etmə qabiliyyəti;
Güclü rəhbərlik və komanda idarəetmə bacarıqları;
Təşkilatçılıq və problem həll etmə bacarığı;
Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Terminalların texniki nasazlıqlarının vaxtında aşkarlanması və aradan qaldırılması;
Terminal sistemlərinin proqram təminatının güncəlliyini təmin etmək, parametrlərin düzgün qurulmasını həyata keçirmək;
Mütəmadi olaraq profilaktik texniki yoxlamalar həyata keçirmək və texniki vəziyyətlə bağlı hesabat hazırlamaq;
Gündəlik texniki sorğuları qəbul etmək və ərazi üzrə qısa zamanda müdaxilə etmək;
Terminallar üçün tələb olunan texniki hissələrin (printer, kart oxuyucu, adapter və s.) qeydiyyatını aparmaq və düzgün istifadəsini təmin etmək;
Görülən işlərlə bağlı daxili forma və hesabatların vaxtında və düzgün şəkildə hazırlanması və rəhbərliyə təqdim olunması.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.